FİFA UEFA-nın qərarından qəzəbləndi və hərəkətə keçdi
FİFA milli çempionat oyunlarının xaricdə keçirilməsini qadağan etmək istəyir.
Aut.az xəəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Oktyabrın 6-da məlum olub ki, UEFA La Liqa çərçivəsində “Vilyarreal” – “Barselona” oyununun Mayamidə (ABŞ), A seriyasındakı “Komo” – “Milan” matçının isə Pertdə (Avstraliya) keçirilməsinə icazə verib. UEFA-nın bəyanatında qeyd olunub ki, qurum “istisna hal kimi bu iki oyunun başqa ölkələrdə keçirilməsi ilə bağlı müraciətləri təsdiqləyib”.
Mənbənin sözlərinə görə, bu qərar FİFA rəhbərliyində narazılıq yaradıb. Qurum milli çempionat oyunlarının xaricdə keçirilməsi qaydalarını yenidən nəzərdən keçirməyə başlayıb və bu oyunların qadağan edilməsinin mümkünlüyü ilə bağlı hüquqi məsləhətləşmələrə müraciət edib. Yeni qaydaların 2026-cı ilin əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
Aut.az
