Azərbaycan futbolu

“Şəfa” “büdrədi

Azərbaycan 1-ci liqasında 25-ci tur davam edir.

Aut.az xəbər verir ki, bu gün 3 matç baş tutub.

Lider “Şəfa” autsayder “Difai”nin qonağı olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Beləliklə, “Şəfa” qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirmək şansını əldən verib.

2-ci yerdəki “Səbail” isə “Zaqatala” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Səbail” lider “Şəfa” ilə xal fərqini daha da azaldıb.

“Şimal” və MOİK matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

6 may (çərşənbə) 

“Şimal” – MOİK – 1:1

Qollar: A.Qla, 40 // S.Fərəcov, 85
Şamaxı OİK stadionu

“Difai” – “Şəfa” – 0:0
Buzovna qəsəbə stadionu

“Zaqatala” – “Səbail” – 0:3

Qollar: A.Almeyda, 20, 34, P.Rikardo, 81
Zaqatala OİK stadionu