Qəzəblənən tennisçi raketka ilə görün nə etdi: Ağzına… – VİDEO
ATP-nin Turin şəhərində keçirilən Final turnirinin qrup mərhələsində dünyanın üçüncü raketkası Aleksandr Zverevlə bağlı qeyri-adi hadisə baş verib.
Aut.az xəbər verir ki, alman tennisçi italyan Yannik Sinnerlə matçda 4:6, 3:6 hesabı ilə məğlub olub. Görüş zamanı Zverev o qədər əsəbiləşib ki, azarkeşləri belə təəccübləndirən hərəkət edib. O, ikinci setin beşinci geymində əsəblərini cilovlamaq üçün raketkasının sapını ağzına salıb.
Bu an dərhal sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəziləri vəziyyəti zarafatla qarşılayıb, digərləri isə tennisçinin psixoloji durumundan narahatlıqlarını ifadə ediblər.
Aut.az
