Tarixdə ilk – Bütün yarımfinalçılar 2000-ci illərdə doğulub
Bazeldə (İsveçrə) keçirilən ATP 500 turnirində bütün yarımfinalçılar 2000-ci illərdə anadan olublar. Bu, tennis tarixində ilk dəfə baş verib.
Aut.az xəbər verir ki, ilk yarımfinalda 22 yaşlı amerikalı tennisçi Ben Şelton və 20 yaşlı fransız Artur Fiss oynayıb. İkinci yarımfinal görüşündə danimarkalı 21 yaşlı Holqer Rune və onun həmyaşıdı fransalı Covanni Mpetçi Perrikar qarşılaşıblar.
Finala Ben Şelton və Covanni Mpetçi Perrikar adlayıb. Final qarşılaşması bu gün keçiriləcək.
Aut.az
