“Vətən xaini”nə qarşı cinayət işi açıldı: 12 ilə qədər həbs gözləyir
Ukrayna millisinin sabiq kapitanı, hazırda Sankt-Peterburqun “Zenit” klubunun məşqçilər korpusunda çalışan Anatoli Timoşçuka qarşı cinayət işi açılıb.
Aut.az xəbər verir ki, bu barədə Ukrayna prokurorluğunun rəsmi saytı məlumat yayıb.
Bu cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 111-2-ci maddəsi ilə başlanıb. Timoşuk Rusiya ordusunu maliyyələşdirməkdə şübhəli bilinir. Bu cinayətə görə maksimum cəza 12 il həbsdir.
İttihamların mahiyyəti 2024-cü ilin sentyabrında Anatolinin iştirak etdiyi “Zenit” və “Kayrat” arasında keçirilmiş yoldaşlıq oyunu ilə bağlıdır. Həmin oyun üçün “Zenit”in futbolçuları Leninqrad mühasirəsinin qurbanlarının anım gününə həsr olunmuş xüsusi köynəklər geyiniblər. Görüşdən sonra iştirakçıların avtoqrafı olan köynəklər auksionda satılıb, əldə olunan vəsait isə Kursk vilayətində zərərçəkənlərə göndərilib, lakin Ukrayna prokurorluğunun nümayəndələri pulun Rusiya ordusunun hərbçilərinə göndərildiyini hesab edirlər.
Aut.az
