Tennis

Testi iki dəfə müsbət çıxan bir nömrə cəza almadı: Necə olur?

İtaliyalı tennisçi Yannik Sinnerin iki dəfə dopinq testi müsbət çıxsa da, diskvalifikasiyadan yaxa qurtarıb.

Aut.az xəbər verir ki, mart ayında “Indian Wells” turnirində dünyanın bir nömrəli tennisçisinin nümunəsində anabolik steroid – klostebolun izləri tapıldı. Bir neçə gün sonra test də müsbət nəticə verdi. Onun adından verilən açıqlamada qadağan olunmuş maddənin fizioterapevt səbəbiylə idmançının bədəninə daxil olduğu bildirilib.

Mütəxəssis öz barmağının kəsilməsini müalicə etmək üçün tərkibində klostebol olan məhsuldan istifadə edib. “Fizioterapevt Yanniki əlcək taxmadan müalicə etdi və bu, tennisçinin bədənində müxtəlif dəri zədələri ilə birləşərək, istəmədən infeksiyaya yol açıb”.

Qeyd olunur ki, nə fizioterapevt, nə də Sinnerin dərmanın tərkibində klostebolun olmasından xəbəri olmayıb.

ITIA (Beynəlxalq Tennis Dürüstlük Agentliyi) Sinnerə qarşı ciddi sanksiyalar üçün heç bir səbəb tapmayıb və o, cəzadan qurtulub.

Testi iki dəfə müsbət çıxan bir nömrə cəza almadı: Necə olur?

Aut.az