Emma Nadala bütün titulları qazandıran məşqçi ilə anlaşdı
Britaniyalı tennisçi Emma Radukanu uzun müddət Rafael Nadalın məşqçisi olan Fransisko Roiq ilə əməkdaşlığa razılaşıb.
Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, tennis əfsanəsinin keçmiş məşqçisi 2025-ci il mövsümünün sonuna kimi dünyanın 33-cü raketka ustası ilə çalışacaq. Onun avqustun 7-də Sinsinnatidə start götürəcək turnirdə 22 yaşlı tennisçinin məşqçisi kimi ilk dəfə tribunalara çıxacağı gözlənilir.
Radukanu və Roiq arasında danışıqlar Emma üçüncü raundda mübarizəni dayandırdığı “Uimbldon” zamanı başlayıb. Qeyd edək ki, britaniyalının Nik Kavadeylə əməkdaşlığa son qoyduğu bu ilin yanvarından bəri daimi məşqçisi olmayıb.
Fransisko Roiq 17 illik peşəkar karyerasında (2005-2022) Rafael Nadalla birlikdə çalışıb. 57 yaşlı mütəxəssis Nadalı əmisi Toni, Mark Lopes və Karlos Moya kimi digər məşqçilərlə birlikdə çalışdırıb. Onlar birlikdə Rafanın 22 “Böyük Dəbilqə” çempionluğunu görüblər.
Roiq 2022-ci ildə Rafael Nadalın komandasını tərk edib, 2023-2024-cü illərdə italiyalı Matteo Berrettini çalışdırıb.
Aut.az
