Tennis

Elə birinci mərhələdə dayandı

Britaniyalı tennisçi Endi Marrey Avstraliya Açıq çempionatının 1-ci mərhələsində məğlub olub.

Aut.az xəbər verir ki, turnirin startında dünyanın keçmiş bir nömrəsi ATP reytinqində hazırda 30-cu raketkası Tomas Etçeverriyə uduzub. Təxminən 2 saat yarım davam edən görüş 6:4, 6:2, 6:2 hesabı ilə argentinalının xeyrinə başa çatıb.

Etçeverrinin növbəti rəqibi alman Yannik Hanfmann və fransalı Qael Monfils arasında keçirilən görüşün qalibi olacaq.