Mükafat fondu açıqlandı: Qalib nə qədər qazanacaq?
Bu il keçiriləcək nüfuzlu “Roland Garros” tennis turnirinin büdcəsi açıqlanıb.
Aut.az xəbər verir ki, Fransa açıq birinciliyinin mükafat fondu 53,478 milyon avro təşkil edəcək. Kişilər və qadınların mübarizəsi pul mükafatı eyni miqdarda olacaq.
İştirakçıların fərdi mübarizəsində qalib 2,4 milyon avro, finalçı isə yarısı qədər qazanacaq. Cütlərin yarışında isə ən güclü olacaq tandem 590 min avro mükafat əldə edəcək. Qarışıq cütlərdə isə bu məbləğ bir qədər az – 122 min avro olacaq.
2023-cü ildə turnirin mükafat fondu 49,6 milyon avro idi.
Qeyd edək ki, “Roland Garros” mayın 20-dən iyunun 9-dək keçiriləcək.
Fərdi: Əsas yarış
| Qalib | € 2.400.000 |
| Finalçı | € 1.200.000 |
| 1/2 final | € 650.000 |
| 1/4 final | € 415.000 |
| 4-cü tur | € 250,000 |
| 3-cü tur | €158,000 |
| 2-ci tur | €110.000 |
| 1-ci tur | €73.000 |
Fərdi: təsnifat
| 3-cü tur | €41.000 |
| 2-ci tur | € 28,000 |
| 1-ci tur | € 20,000 |
Cütlər:
| Qaliblər | € 590,000 |
| Finalçılar | € 295.000 |
| 1/2 final | €148,000 |
| 1/4 final | €80,000 |
| 3-cü tur | € 43,000 |
| 2-ci tur | € 27,500 |
| 1-ci tur | € 17,500 |
Qarışıq cütlər:
| Qaliblər | €122,000 |
| Finalçılar | €61.000 |
| 1/2 final | €31.000 |
| 1/4 final | € 17,500 |
| 2-ci tur | €10,000 |
| 1-ci tur | € 5,000 |
Aut.az
