Cokoviç Nadalı məğlub edib yola saldı
Oktyabrın 19-da Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən “Six Kings Slam” sərgi turnirində üçüncü yer uğrunda görüş baş tutub.
Təsəlliverici finalda əfsanəvi tennisçilər Novak Cokoviç (Serbiya, ATP 4) və Rafael Nadal (İspaniya, ATP 153) qarşılaşıblar. Oyun 1 saat 30 dəqiqə ərzində iki setdə serbin qələbəsi ilə başa çatıb.
Novak Cokoviç (Serbiya) – Rafael Nadal (İspaniya) – 6:2, 7:6 (7:5).
Nadal daha əvvəl mövsümün sonunda karyerasını bitirəcəyini bildirmişdi. Onun son turniri İspaniya millisinin heyətində çıxış edəcəyi Devis Kuboku olacaq.
Aut.az
