Dünya futbolu

Krivotsyuk komandasının qələbəsində pay sahibi oldu

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” Cənubi Koreya çempionatında növbəti matçına çıxıb.

Aut.az xəbər verir ki, futbolçumuzun komandası 34-cü tur çərçivəsində “Jeonbuk”la qarşılaşıb.

“Daejeon” rəqibinə səfərdə qalib gəlib – 2:0.

Anton bu görüşün 85-ci dəqiqəsində meydana çıxıb. Bununla belə, o, komandasının 90+4-cü dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə ilə yadda qalıb.

“Daejeon” 34 oyuna topladığı 38 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda 34 oyunda 9 qələbə qazanıb, 11 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.