Tennis

Sabiq bir nömrənin toyu oldu – FOTO

Məşhur ispaniyalı tennisçi Qarbine Muqurusa ailə həyatı qurub.

Aut.az xəbər verir ki, karyerasını bitirən dünya tennisinin sabiq bir nömrəsinin toyu oktyabrın 5-də baş tutub, Muqurusa iş adamı Artur Borxeslə evlənib. Cütlük 2021-ci ildən görüşürdü və 2023-cü ilin mayında nişanlandıqlarını elan etmişdilər.

Muqurusa Arturla təsadüfən tanış olub. Tennisçi ABŞ Açıq turnirində çıxış edərkən Nyu-Yorku gəzərkən Artur ona yaxınlaşıb və sadəcə olaraq ona uğurlar arzulayıb. Cütlük ünsiyyətini davam etdirib və Muqurusa bunun ilk baxışdan sevgi olduğunu bildirib.

Muquruza Böyük Dəbilqə turnirlərinin 2 qat qalibidir. İspan həm də dörd həftə ərzində (11 sentyabr – 8 oktyabr 2017-ci il) WTA reytinqinə başçılıq edib.

Aut.az

Sabiq bir nömrənin toyu oldu – FOTO

Sabiq bir nömrənin toyu oldu – FOTO

Sabiq bir nömrənin toyu oldu – FOTO