Cokoviç futbol klubunun səhmdarı oldu
Serbiyalı tennisçi Novak Cokoviç Fransanın “Le Man” futbol klubuna sərmayə yatırıb.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi “Le Man”ı satın alan “Outfield” fonduna daxil olan investorlar sırasına qoşulub.
Həmin fonda həmçinin sabiq “Ferrari” pilotu Felipe Massa və keçmiş “Haas” sürücüsü Kevin Maqnussen də daxildir.
1985-ci ildə təsis olunan “Le Man” hazırda Fransa çempionatının ikinci divizionunda çıxış edir. Komanda iki dəfə Liqa 2-də gümüş medal qazanıb və 1997/98 mövsümündə Fransa Kubokunun yarımfinalına qədər irəliləyib.
Aut.az
