İngiltərə

“Mançester Siti” 15 yaşlı futbolçu transfer etdi – VİDEO

“Mançester Siti” “Lids”in yeniyetmələrdən ibarət komandasının üzvü Finley Qormanla müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat verib.

Ancaq böyük perspektiv vəd edən 15 yaşlı futbolçuyla imzalanan müqavilənin detalları və tranfer məbləği haqda məlumat verilməyib.

Qorman 14 yaşında Lids gənclərinin heyətində debüt edib. Finley bu mövsüm “Lids”in U-18 komandasının heyətində 5 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

https://youtu.be/ZeTkADrJ73w