Əfsanə ümidsizdir: Heç bir əlamət görmürəm
Roy Kin hesab edir ki, “Mançester Yunayted”in uğursuzluqlarında futbolçular günahkardır.
Aut.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi bu barədə İngiltərə mətbuatına danışıb.
“Mançester Yunayted” Premyer Liqanın 32-ci turunda ” Nyukasl” a uduzub (1:4) .
“Onların liqada artıq 14 məğlubiyyəti var. Komandada qaça bilən oyunçular çatışmır. Siz küncə sıxılanda belə analiz etməlisiniz. Hazırkı “Yuanyted” fiziki və əqli cəhətdən zəifdir.
“Mançester Yunayted”in yaxşılaşacağına dair heç bir əlamət görmürəm. Mən bu komanda üçün narahatam. Onlar mənə ruhən güclü görünmürlər.
Onlar Premyer Liqada 14 oyunda uduzublar və buna görə də bu heyəti qınamağa dəyər”, – deyə Kin bildirib.
Aut.az
