“Barselona” axtardığı hücumçunu İtaliyada tapdı
“Barselona” yay transfer pəncərəsində alacağı hücumçu ilə bağlı qərar verib.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Kataloniya klubu “Fiorentina”nın italiyalı hücumçusu Moyze Kini transfer etməyi hədəfləyib. “Barsa” onun çox yönlü olmasından və “Yuventus”dakı uğursuzluqlardan sonra qısa zamanda toparlana bilməsindən məmnundur.
Bundan başqa, Kinin müqaviləsində La Liqa klubu üçün sərfəli hesab edilən 52 milyon avro məbləğində satınalma bəndi var.
Qeyd edək ki, Bu mövsüm Moyze 37 oyun keçirib, 22 qol vurub.
Aut.az
