İspaniya

“Barselona” yeni istedad tapdı: Həmzəni necə razı salıblar?

“Barselona” ilin sonunadək “Əl-Əhli”nin gənc misirli hücumçusu Həmzə Abdülkərimlə müqaviləni rəsmiləşdirməyə yaxınlaşır.

Aut.az xəbər veirr ki, 17 yaşlı forvard U-17 dünya çempionatındakı çıxışı ilə katalon klubunun skautlarını heyran edib. Futbolçunun özü də “Barsa”nın formasını geyinməyə maraqlıdır.

Misir təmsilçisi Abdülkərimin gedişinə artıq razılıq verib. Gözlənilir ki, “Barselona” yeniyetmə hücumçunu mövsümün sonunadək icarəyə götürəcək və yayda onu birdəfəlik almaq hüququna sahib olacaq.

U-17 millisinin üzvü əvvəlcə “Barselona”nın B komandasında hücum xəttini gücləndirəcək.

Bununla belə, katalonlar Abdülkərimə növbəti mövsümdə əsas komandaya yüksəlişə zəmanət veriblər ki, bu da onun İspaniyaya keçmək qərarını sürətləndirib.

Aut.az