Basketbol

“Barsa” Avroliqa ilə bağlı qərar verdi: Situasiya dəyişdi

“Barselona” Avroliqada qalmaq istəyini və yeni 10 illik müqavilə imzalamağa hazır olduğunu nümayiş etdirib.

Aut.az xəbər verir ki, bu barədə “Basket News” məlumatlı mənbələrə istinadən xəbər verir. Əvvəllər Kataloniya klubunun NBA-nın Avropa proqramına keçməyi düşündüyü barədə internetdə dəfələrlə xəbərlər yayılmışdı.

Bildirilir ki, “Barselona” ilə Avroliqa rəhbərliyi arasında aparılan danışıqlar məhsuldar olub. Barselonanın əvvəllər NBA-Avropa üçün aparıcı namizədlərdən biri hesab edildiyini nəzərə alsaq, potensial razılaşma turnir üçün böyük qələbə sayılır.

Aut.az