İngiltərə

İnamına baxın: Bu komandada ÇL-i qazanacağını iddia edir

“Aston Villa” və Argentina millisinin qapıçısı Emiliano Martines Birmingem klubunun Çempionlar Liqasını və ya Premyer Liqanın qızıl medallarını qazanmağa qadir olduğuna inanır.

9 turdan sonra “Aston Villa” İngiltərə çempionatının turnir cədvəlində lider “Tottenhem”dən 4 xal geri qalaraq 5-ci pillədə qərarlaşıb.

“Bu klubdakı ilk müsahibələrimə baxsanız, mən həmişə Çempionlar Liqasını qazanmaq və kuboklar qazanmaq haqqında danışmışam. İlk gündən inanıram ki, bir gün çempionluq və ya Çempionlar Liqasını qazanacağıq.

“Aston Villa” Çempionlar Liqasında oynamaq və kuboku qazanmaq istəyən klubdur. Unai Emeri ilə söhbətimizin əsas mövzusu buna necə nail ola biləcəyimiz idi. Bu kluba qoşulanda dediyim kimi, vaxt itirmək üçün burada deyiləm. Mən bura köçəndən bəri irəliləyirik. “Aston Villa”nı Çempionlar Liqasına çıxarmaq və çempionluğu qazanmağa çalışmağımın əsas səbəbi budur”, – deyə Martines “Goal” nəşrinə bildirib.

Aut.az