Çempionlar Liqası

“Seltik Park” Fələstin bayraqlarına büründü – FOTO

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən “Seltik” – “Atletiko” qarşılaşmasında (2:2)  Fələstinə dsətək aksiyası keçirilib.

Aut.az xəbər verir ki, “Seltik” azarkeşləri tribunalarda çoxlu sayda Fələstin bayraqlarını asıblar.

Əsas “Seltik” qrupu “Green Brigade”nın yerləşdiyi fan sektorda da xeyli Fələstin bayrağı yerləşdirib.

Çempionlar Liqasının qrup mərhələsinin üç turundan sonra “Atletiko” beş xal toplayıb və E qrupunda ikinci yerdədir. Eyni sayda oyundan sonra “Seltik” bir xal toplayaraq sonuncu yerdədir. Qrupa altı xalı olan “Feyenoord” başçılıq edir.

“Seltik Park” Fələstin bayraqlarına büründü – FOTO

Aut.az