İngiltərə

Baş məşqçi təsdiqlədi: 17 yaşlı ulduz bu kluba keçir

“Palmeyras”ın baş məşqçisi Abel Ferreyra istedadlı futbolçusu Estevao Uillianın gələcək karyerasını barədə danışıb.

Aut.az xəbər verir ki, o, 17 yaşlı hücumçunun “Çelsi”yə transfer olunduğu barədə informasiyaları təsdiqləyib:

“Əvvəlcə Endrik “Real”a, indi Estevao “Çelsi”yə transfer olundu. Bir ildən sonra İngiltərə klubuna qoşulacaq.

Ümid edirəm ki, “Çelsi” bizdən başqa futbolçu almayacaq və bizi tək qoyacaqlar. Zəhmət olmasa, bizə fasilə verin”.

Qeyd edək ki, Estevaonun “Çelsi”yə transferinin təxminən 65 milyon avroya başa gələcəyi gözlənilir.