İngiltərə

Ömürlük futboldan uzaqlaşdırıldı: Rəqibinə elə zərbə vurdu ki… – VİDEO

İndoneziyanın dördüncü liqasında baş verən insident həm azarkeşlər, həm də futbol ictimaiyyəti arasında şok və ciddi narazılıq yaradıb.

Aut.az xəbər verir ki, insident qısa müddətdə internetdə viral olub və misli görünməmiş cəza ilə nəticələnib.

Söhbət “PS Putrajaya Pasuruan” klubunun yarımmüdafiəçisi Məhəmməd Hilmi Gimnastiarədən gedir. O, oyun zamanı rəqib futbolçuya “kunq-fu” üslubunda son dərəcə sərt zərbə endirərək birbaşa sinəsinə vurub. Epizod o qədər təhlükəli görünüb ki, intizam orqanları radikal qərar qəbul edib.

Araşdırmanın yekununa əsasən futbolçu ömürlük diskvalifikasiya olunub və peşəkar futbola qayıtmaq hüququndan məhrum edilib. Bundan əlavə, Hilmi təxminən 27 800 ABŞ dolları məbləğində cərimələnib.

Zərərçəkən futbolçu Firman Nuqraha aldığı zərbədən sonra təcili xəstəxanaya yerləşdirilib və tibbi yardıma ehtiyac duyub. Onun vəziyyəti hücum edən oyunçuya maksimum dərəcədə sərt cəzanın verilməsində əlavə arqument kimi qiymətləndirilib.

Aut.az