Klub sahibi xərçəngin qurbanı oldu
“Çesterfild”in həmtəsisçilərindən biri Fil Kirk 59 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mart ayında onda ağır dərəcəli xərçəng xəstəliyi aşkarlanmışdı. Klubun açıqlamasında deyilir: “Dərin kədər ilə bildiririk ki, Fil Kirk qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişdi. Fikir və dualarımız Filin ailəsi və dostları ilədir”.
Fil və qardaşı Eşli 2022-ci ildə “Çesterfild”in sahibi olublar. 2023/24 mövsümündə komanda İngiltərə çempionatının gücünə görə beşinci divizionunda çempion olub. Cari mövsümdə isə “Çesterfild” 12 xal toplayaraq İngiltərə futbolunun dördüncü səviyyəli liqası olan Liqa 2-nin lideridir.
Aut.az
