Premyer Liqa oyununda azarkeş vəfat etdi
“Brayton” azarkeşi “Fulhem”lə (1:1) 2025/26 mövsümünün ilk tur oyununda ikinci hissə zamanı özünü pis hiss etdikdən sonra dünyasını dəyişib.
Aut.az xəbər verir ki, Bu barədə BBC məlumat yayıb.
Vəfat edən 72 yaşlı kişidir. Bütün təcili yardım xidmətlərinin, klub əməkdaşlarının və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
“Bu gün oyunun sonu olduqca kədərli oldu və biz mərhum cənabın ailəsinə və dostlarına ən dərin hüznlə başsağlığı veririk. Əvvəlcə həmin şəxs barədə düşünürük, amma eyni zamanda bu hadisənin yaxınlıqda olan əməkdaşlar və azarkeşlər üçün emosional və narahatedici bir vəziyyət olduğunu da anlayırıq. Yaxın günlərdə təsirlənən hər kəsin lazımi dəstəyi almasını təmin edəcəyik”, – deyə “Brayton”un icraçı direktoru Pol Barber bildirib.
Matç hadisəyə görə dayandırılmayıb. Klubun təhlükəsizlik xidməti, Sasseks qraflığının polisi və Premyer Liqa hesab edib ki, oyunu yarımçıq saxlamaq reanimasiya cəhdlərinə mane ola, eləcə də hospitalizasiya ilə bağlı əlavə çətinliklər yarada bilər.
