Nə vaxt fantastik ideya verdiklərini xatırlamıram: Klopp onları ələ saldı
“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolda mavi vərəqələrin görünə biləcəyini şərh edib.
“Mən hər şeyi indi olduğu kimi sadə saxlayardim. İndi bu mavi kartlar fantastik ideya kimi görünmür… və mən IFAB-dakı uşaqların son dəfə nə vaxt fantastik ideyaya sahib olduqlarını xatırlamıram. Mənim artıq 56 yaşım var!”
Xatırladaq ki, fevralın 8-də Beynəlxalq Futbol Şurasının (IFAB) futbolda mavi vərəqələrin tətbiqinə qərar verdiyi məlum olub. Vərəqə rəqibin hücumunu qəsdən pozmaq və hakimlə razılaşmamaq üçün veriləcək. Mavi vərəqə alan oyunçu 10 dəqiqə meydandan kənarlaşdırılacaq.
Aut.az
