“Yunayted”də qalmaq üçün bu şərti qəbul etməlidir
“Mançester Yunayted” 33 yaşlı dayaq yarımmüdafiəçi Kazemiro ilə 2026-cı ilin yayında başa çatacaq müqavilənin uzadılması ehtimalını istisna etmir.
Aut.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı “qırmızı şeytanlar”da qalmaq istəsə, maaşının azaldılmasını qəbul etməli olacaq.
Klub rəhbərliyi David de Xea, Rafael Varan və Markus Reşfordun gedişindən sonra maaş büdcəsini azaltmağa davam etmək istəyir.
33 yaşlı yarımmüdafiəçi hazırda “Mançester Yunayted”də ən yüksək maaş alanlardan biridir.
Kazemiro ilə Braziliya və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı vurğulanır.
Yarımmüdafiəçi 2022-ci ilin yayından mankunianlıların şərəfini qoruyur. Bu mövsüm o, İngiltərə Premyer Liqasında altı matçda iştirak edib və bir qol vurub. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 10 milyon avrodur.
Aut.az
