Bu yay klub tarixində ən böyük transfer büdcəsi olacaq: Məqsəd bəllidir
“Liverpul” yay transfer dönəmində rekord məbləğ xərcləməyi planlaşdırır.
Aut.az “The Telegraph”a istinadən xəbər verir ki, idarə heyəti 21-ci çempionluğu hədəflədiyi üçün klub tarixindəki ən böyük transfer büdcələrindən birini ayıracaq.
“Qırmızılar” başa düşürlər ki, gələn mövsüm rəqabət böyük ehtimalla daha yüksək olacaq və ona görə də bu yay keçən illə müqayisədə daha fəal hərəkət etməyi planlaşdırırlar.
“Liverpul”un əsas hədəflərinin mərkəz hücumçusu və sol cinah müdafiəçisi olduğu vurğulanır.
Aut.az
