İngiltərəİtaliya

“Çelsi”də heyətə düşməyən iki futbolçunu gözaltı edib

“Roma”nın baş məşqçisi Joze Mourinyo qış transfer pəncərəsi zamanı Maurisio Poçettinonun rəhbərliyi altında hələ bir dəqiqə də oynamayan “Çelsi”nin iki futbolçunu transfer etmək istəyir.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yaxın aylarda mərkəz müdafiəçisinin alınmasını prioritet hesab edir.

Mourinyonun son aylarda oyun vaxtı əldə etməkdə çətinlik çəkən Malanq Sarr və Trevo Çalobu  heyətə cəlb etməkdə maraqlı olduğu bildirilir.

Sarr ötən mövsümü Liqa 1 təmsilçisi “Monako”da icarə əsasında keçirib və burada ümumilikdə 17 oyuna çıxıb.

Çalob da əsas heyətdə yer almayıb. İnsayder Fabritsio Romanonun sözlərinə görə, Trevo yanvarda “Çelsi”ni tərk edəcək. O, “Mançester Yunayted”, “Nyukasl” və “Bavariya” kimi bir sıra klublarla əlaqə saxlayıb.

Aut.az