Azərbaycan futbolu

“Neftçi” “Zenit”i məğlub yola saldı

“Neftçi” bu gün yoldaşlıq oyunu keçirib.

Aut.az xəbər verir ki, “ağ-qaralar” Bakıda “Zenit”i qəbul edib. “Neftçi Arena”da keçiriləcək görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb.

Komandalar mövsümöncəsi turnirdə Rusiyada üz-üzə gəlib və “Zenit” qələbə qazanıb – 3:1.

Yoldaşlıq oyunu

18 noyabr

Neftçi – Zenit 2:1
Qollar: 
Reziuan Mirzov, 9, 62 – De Kueyros, 56
“Neftçi Arena”