Çempionlar Liqası

Bu da ÇL-in finalı üçün hazırlanan top – Foto

2025/2026 Çempionlar Liqasının finalı Budapeştdə keçiriləcək və komandaların həlledici matçda istifadə edəcəyi top təqdim olunub.

Aut.az xəbər verir ki, təqdimatı UEFA  edib.

Ənənəvi olaraq, top “Adidas” tərəfindən dizayn edilib. Bildirilir ki, dizaynerlər Budapeştin tarixindən ilham alıblar.

“Buda və Peşt iki şəhərin hekayəsidir. Top Macarıstan paytaxtını xarakterizə edən ziddiyyəti və harmoniyanı əks etdirir. Tarixi memarlıq canlı gecə həyatı, klassik zəriflik müasir enerji ilə qarşılaşır və bütün bunlar futbolun ən möhtəşəm gecəsi üçün yaradılmış heyrətamiz vizual dillə birləşir”, – deyə açıqlamada bildirilir.

Çempionlar Liqasının finalı 30 mayda “Puşkaş Arena”da keçiriləcək.

Aut.az

2025/2026 Çempionlar Liqasının final topu