Endrik Raula “yaxşı yol” dedi
“Real”ın hücumçusu Endrik Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Ştutqart”la oyunda (3:1) qol vurub.
Aut.az xəbər verir ki, braziliyalı futbolçu 90+5-ci dəqiqədə fərqlənib. 18 yaş 58 günlük olan Endrik Çempionlar Liqası tarixində Madrid klubunda qol vuran ən gənc oyunçu olub.
Forvard 1995-ci ildə 18 yaş 113 günlük olarkən “Ferensvaros”a qarşı matçda het-trik edən Raul Qonsalesin rekordunu geridə qoyub.
