Çempionlar Liqası

ÇL-də həftənin ən yaxşısı adına 2 namizəd

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Aut.az xəbər verir ki, siyahıda “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və PSJ-nin müdafiəçisi Vilyan Paço yer alıb.

Paço “Bavariya”ya qarşı cavab matçında (1:1) müdafiədə parlaq çıxış edərək bütün ikili mübarizələrdən qalib ayrılıb. Rays isə “Atletiko” ilə görüşdə (1:0) oyunu yüksək səviyyədə yönləndirib, liderlik keyfiyyətlərini nümayiş etdirib və müdafiə ilə hücum arasında əlaqəni uğurla qurub. Bu barədə UEFA ekspertlərinin rəyində bildirilib.

Aut.az