“Real” Arda ilə bağlı qərar verdi
“Real” türkiyəli yarımmüdafiəçisi Arda Güləri satmaq istəmir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “kral klubu” türk yarımmüdafiəçini komandanın gələcək əsas oyunçusu kimi görür. Ona görə komandada qalmasını istəyirlər.
Hazırda “Arsenal” Gülərin transferinə ciddi şəkildə maraq göstərir.
“Tramsfermarkt” 19 yaşlı futbolçunun transfer dəyərini 45 milyon avro qiymətləndirir. Yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Arda bu mövsüm “Real”ın heyətində 12 oyun keçirib və heç nə ilə yadda qalmayıb.
