Palmer ABŞ-a niyə tibbi maska taxaraq uçub? – FOTO
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer ABŞ-da keçirilən klublararası dünya çempionatına tibbi maska taxaraq getməsinin səbəbini açıqlayıb.
Aut.az xəbər verir ki, London komandasının baş məşqçisi Entso Mareska zarafatla bunun futbolçunun oyunu olduğunu bildirmişdi.
“The Sun” Palmerin sözlərini sitat gətirib: “Bu zarafat deyildi, sadəcə təyyarələrin qoxusunu sevmirəm. Ona görə də maska taxıram. Başqa heç nə yoxdur. Entso bu barədə heç nə bilmir”.
Ötən mövsüm Palmer Premyer Liqada 37 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. 23 yaşlı ingilisin “Çelsi” ilə müqaviləsi 30 iyun 2033-cü ilə qədərdir.
Aut.az

