Azərbaycan futbolu

Babək Quliyevə UEFA-dan yeni təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Aut.az AFFA-ya istinadən xəbər verir ki, O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.