Bu 3 ispan futbolçu komanda yoldaşlarından görün nə ilə fərqləndilər
Avropa çempionu olan İspaniya millisinin 3 üzvü maraqlı bir ildə ikinci dəfə qitənin ən güclüsü olublar.
Aut.az xəbər verir ki, buna səbəb onların üzvü olduqları “Real”ın 2023/24 mövsümündə Çempionlar Liqasının qalibi maısıdr. Belə ki, bu klubun 3 təmsilçisi – Dani Karvaxal, Naço və Xoselu eyni ildə Avropa Çempionatını və Çempionlar Liqasını qazanan futbolçular sırasına qoşulub.
Madrid klubunun digər üzvü Cude Bellingem isə oxşar fürsəti əldən verib. Buna səbəb İngiltərə millisinin həlledici görüşdə məğlub olmasıdır – 1:2.
Aut.az
