Türkiyə Gürcüstanı məğlub etdi
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə – Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.
Aut.az xəbər verir ki, Mərt Müldür 25-ci, Arda Gülər 65-ci dəqiqədə fərqlənib.
Türkiyə millisində son nöqtəni Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə qoyub. Gürcüstan millisinin yeganə qolunu isə 32-ci dəqiqədə Georgi Mikautadze vurub.
Avro-2024, 1-ci tur
18 iyun
F qrupu
20:00 Türkiyə – Gürcüstan – 3:1
Qollar: Mert Müldür, 25 (1:0), Georges Mikautadze, 32 (1:1), Arda Güler, 66 (2:1), Kerem Aktürkoğlu, 90+7 (3:1)
