Türkiyə

Okan Buruk “Qalatasaray”ın tarixinə düşdü

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk klubun tarixinə düşüb.

Aut.az xəbər verir ki, mütəxəssis “cim-bom” ilə avrokuboklarda ardıcıl 4 qələbə qazanan ilk məşqçi olub.

“Qalatasaray” dünən Çempionlar Liqasının pley-off mərhələsində “Molde”ni məğlub edib – 3:2.

İstanbul təmsilçisi bundan əvvəl “Jalgiris” (Litva) və Sloveniya “Olimpiya”sını (2 oyun) məğlub edib.