Uelsli yarımmüdafiəçi Aaron Remzi uzun müddətdir ki, ölümün proqnozlaşdırıcısı hesab olunur. O, qol vuranda çox məşhur insanlardan və ya cinayətkarlardan biri ölür.
Remzi “Kardiff Siti”nin heyətində super qol vurduqdan sonra “Vaqner” PMC adlanan təşkilatın lideri Yevgeni Priqojin təyyarə qəzasında ölüb.
Aut.az futbolçunun “ölüm gündəliyi”ni təqdim edir:
25 avqust 2009-cu ildə Con Kennedinin kiçik qardaşı, siyasətçi Tod Kennedi öldü. Üç gün əvvəl Remzi “Portsmut”un qapısına qol vurmuşdu.
2011-ci ildə Aaron Remzinin qurbanı 3 nəfər olub. Mayın 1-də “Mançester Yunayted”ə vurduğu qoldan sonra Usamə bin Laden öldürüldü. Oktyabrın 2-si “Tottenhem”ə vurulan qoldan sonra elə həmin həftə Stiv Cobs öldü. Nəhayət, oktyabrın 19-da “Marsel”ə vurduğu qoldan sonra izdiham Müəmmər Qəddafini parçaladı.
11 fevral 2012-ci ildə Uitni Hyuston öldü və bundan bir neçə saat əvvəl yarımmüdafiəçi “Sanderlend”ə qol vurmuşdu.
2013-cü il də Remzi üçün məhsuldar oldu. Boris Berezovski martın 24-də vəfat etdi və bir gün əvvəl o, Şotlandiyaya qol vurmuşdu. Mayın 15-də Remzi “Uiqan”a qol vurdu, mayın 18-də isə Argentina diktatoru Xorxe Videla öldü.
Ancaq ən diqqət çəkən təsadüf aşağıdakıdır – 30 noyabr 2013-cü ildə Remzi “Kardif”in qapısına 2 qol vurdu və iki məşhur aktyor – Pol Uoker və Yuri Yakovlev öldü.
2014-cü ildə Aaron “Mançester Siti”yə qol vurdu. Bu, avqustun 10-da baş verdi, eyni zamanda Robin Uilyamsın ölümü haqqında da məlumat yayıldı.
2016-cı ildə Remzi David Boui (9 yanvarda “Sanderlend”ə vurulan qol), Alan Rikman (13 yanvarda “Liverpul”a vurulan qol) və Nensi Reyqanın (martın 5-də “Tottenhem”ə vurulan qol) ölümünün xəbərçisi olub.
2017-ci il avqustun 11-də uelsli “Lester”in qapısına qol vurdu – bir həftə sonra məşhur teleaparıcı və rəssam Brüs Forsayt dünyasını dəyişdi. 2018-ci ildə Stiven Hokinq vəfat etdi – bu, martın 3-də uelslinin “Milan”a vurduğu qoldan sonra baş verdi.
2018-ci ildə yarımmüdafiəçinin CSKA-ya vurduğu qoldan sonra dart üzrə beşqat dünya çempionu Erik Bristou vəfat etdi. Remzi 2019-cu ildə “Tottenhem”ə qol vurub. Bu, martın 2-də baş verdi və martın 4-də “The Prodigy”nin vokalisti Keyt Flint və “Beverly Hills 90210” serialının aktyoru Lyuk Perrinin öldüyü məlum oldu.
19 avqust 2023-cü ildə Ramzi yenə qol vurdu. Bu, Çempionşip çərçivəsində “Kardiff” – “Lester” matçında baş verib. Aaron 45-ci dəqiqədə fərqlənib. Avqustun 23-də isə Rusiya Federasiyasının Tver vilayətində Yevgeni Priqojinə məxsus şəxsi təyyarə qəzaya uğradı. Qəza nəticəsində Priqojin və sağ əli sayılan Dmitri Utkin ölüb. Ümumilikdə təyyarə qəzasında 10 nəfərin öldüyü bildirilir.