Şahmat

Dünya kuboku: Karlsen qalib oldu, Nicat isə…

Bakıda keçirilən şahmat üzrə Dünya kuboku başa çatıb.

Aut.az xəbər verir ki, bu gün keçirilən tay-brek görüşlərindən sonra mükafatçılar müəyyənləşib. Finalda Norveçli Maqnus Karlsen hindistanlı Rameşbabu Praqqnanandha üzərində ümumilikdə 2,5:1,5 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya kubokunda 4-cü olub.

Qeyd edək ki, Dünya kubokunda ilk 3 pilləni tutanlar Namizədlər Turnirində oynamaq hüququ qazanıb.