Dünya futbolu

Kimə üz tuturlar, rədd cavabı alırlar

Oman Futbol Assosiasiyasının sözçüsü İsa Əl Nubi 2023-cü ildə Rusiya millisi ilə yoldaşlıq oyunu keçirmə ehtimalını istisna edib.

“Rusiya Federasiyasından Oman və Rusiya yığmaları arasında yoldaşlıq oyunu təşkil etməklə bağlı təklif almamışıq. Bu ilin payızında mümkün deyil, sentyabrda ABŞ-la yoldaşlıq görüşü keçirəcəyik”, – İsa Əl Nubi “Sport24”-ə deyib.

Rusiya yığması sanksiyaya məruz qaldıqdan sonra yoldaşlıq oyunları keçirmək üçün rəqib tapa bilmir. Onların təkliflərinə əksər ölkələr rədd cavabı verir.

Rusiya millisi beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırıldıqdan sonra Qırğızıstan (2:1), Tacikistan (0:0), Özbəkistan (0:0), İran (1:1) və İraq (2:0) yığmaları ilə yoldaşlıq oyunları keçirib.

Aut.az