Dünya futboluİspaniyaİtaliya

Qvardiola ilə bağlı sensasion iddia: Görüşüblər

İtaliya millisinin texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardo milli komandanın baş məşqçisi təyin edilməsi ehtimalını müzakirə etmək üçün Xosep Qvardiola ilə görüşüblər.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Baş məşqçi vəzifəsi aprel ayında, Gennaro Qattuzo vəzifəsindən ayrıldıqdan sonra boş qalıb.

Xosep Qvardiola ötən mövsümdən sonra “Mançester Siti”dən ayrılıb.

Qvardioladan əlavə, İtaliya millisinin baş məşqçisi vəzifəsinə namizədlər arasında Roberto Mançini və Andrea Pirlo da var.

Aut.az