“Barselona”da şok itki
“Barselona” ciddi itki ilə üzləşib.
Aut.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə sağ ayaq əzələsindən xəsarət alan futbolçu azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Pedri bu mövsüm 2 oyunda bir qolla yadda qalıb.
