Rusiya klubu ulduz futbolçuya görə “Fənərbağça”ya təklif göndərdi
“Zenit” “Fənərbağça”nın hücumçusu Yussef En-Nesirinin transferi ilə bağlı rəsmi təklif göndərib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabunçuoğlu məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Türkiyə klubu hələlik Sankt-Peterburq təmsilçisinin təklifinə cavab verməyib.
28 yaşlı En-Nesiri 2024-cü ilin yayından “Fənərbağça”da çıxış edir. O, cari mövsümdə 25 oyuna çıxaraq səkkiz qol vurub və bir məhsuldar ötürmə edib. Mərakeşli hücumçunun klub ilə mövcud müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.
Aut.az
