“Barselona”nın futbolçusundan şok etiraf: Niyə futbolla vidalaşmaq istəyib?
“Barselona”nın və Braziliya millisinin hücumçusu Rafinya hər kəsi təəccübləndirən açıqlama verib.
Aut.az xəbər verir ki, o, İspaniya nəhənginə transfer olunduqdan sonra karyerasını başa vurmağa yaxın olduğunu etiraf edib:
“Son vaxtlara qədər şəxsi və peşəkar problemlərə görə hər şeyi atmağı düşünürdüm. Təslim olmaq, futbolu tərk etmək barədə fikirləşdim. Çünki bəzi psixi problemlərin, çətinliklərin və medianın və ya azarkeşlərin hücumlarının öhdəsindən gələ bilmədim”.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2022-ci ilin yayında 58 milyon avroya “Lids”dən “Barsa”ya keçdikdən sonra ağır tənqidlərlə üzləşib. Futbolçunun statistikası medianı və azarkeşləri qane etməyib.
Aut.az
