Avropa Çempionatı

Lukaku tarixə düşdü: AÇ-lərdə hələ belə bir şey olmayıb

Belçika millisinin hücumçusu Romelu Lukaku qəribə bir göstərici ilə tarixə düşüb.

Aut.az xəbər verir ki, o, Avro-2024 qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Slovakiya ilə görüşdə (0:1) ü qol vursa da, heç biri hesaba alınmayıb. 31 yaşlı hücumçu Avropa Çempionatları tarixində 1 matçda 2 qoluna icazə verilməyən ilk futbolçu olub.

Xatırladaq ki, Lukaku ilk qolu oyundankənar vəziyyətdən vurub. İkinci dəfə isə Romeluya məhsuldar ötürmə verən Lua Openda əli ilə oynadığı üçün forvardın qolu qeydə alınmayıb.

Aut.az