Avropa ÇempionatıAlmaniya

“İspaniya ilə matç Kroosun son oyunu olacaq”

İspaniya yığmasının hücumçusu Xoselu Almaniya ilə qarşıdan gələn Avro-2024-ün 1/4 final oyunu haqda danışıb.

Aut.az xəbər verir ki, o, “Real”dan keçmiş komanda yoldaşı olmuş Toni Kroos barədə maraqlı açıqlama verib:

“İrəli getmək üçün qalib gəlmək çox vacibdir. Toniyə gəlincə, biz özümüzə inanmalıyıq. Bizi digər komandanın oyunçuları maraqlandırmır. Düşünürəm ki, cümə günü Toninin son oyunu olacaq”.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Kroos turnirin sonunda karyerasını başa vuracaq.

Aut.az