Dünya futbolu

Falkao bu kluba keçmək üçün bahalı müqavilələrdən imtina etdi

“Atletiko”nun və “Mançester Yunayted”in sabiq hücumçusu Radamel Falkao “Milonarios” klubuna keçib.

Aut.az xəbər verir ki, bu barədə Kolumbiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı futbolçunun müqaviləsi 2024-cü ilin dekabrına qədərdir. Sözləşmədə müddətin uzadılma bəndi də yer alıb.

Falkao “Millonarios”a keçməzdən əvvəl bir sıra klublardan gələn maddi cəhətdən sərfəli təklifləri rədd edib. Buna səbəb Kolumbiya klubunun yetirməsi olmasıdır.

Qeyd edək ki, Radamel bundan əvvəlki 3 mövsümü İspaniyanın “Rayo Valyekano” klubunda keçirib.

Aut.az