“Real” 85 hektar torpaq ayırdı: Unikal layihəyə – FOTO
“Real” innovativ rayonun yaradılması üçün klubun ərazisində 85 hektar torpaq sahəsi verəcək.
Aut.az xəbər verir ki, “Real”ın bazası əsasında yerləşəcək yeni şəhər məkanı olan Madrid İnnovasiya Bölgəsinin (MID) təqdimatı Valdebebasda baş tutub.
Klaster çərçivəsində şirkətlərin, tədqiqatçıların və sahibkarların birgə işləməsi, bilik mübadiləsi aparması, ideyaların təşviqi və həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirdə “Real Madrid”in prezidenti Florentino Peres, Madrid Muxtar İcmasının prezidenti İzabel Diaz Ayuso və Madrid meri Xose Luis Martines-Almeyda iştirak ediblər .
Layihənin məqsədi innovasiya və inkişafla məşğul olan dünyanın ən böyük şirkətlərini MİD-də qərargah yaratmaq üçün cəlb etməkdir. Onu həyata keçirmək üçün “Real” Valdebebasda 85 hektar torpaq sahəsi verəcək.
“Bu layihə Madrid üçün Cənubi Avropanın texnologiya paytaxtı olmaq üçün unikal imkandır”, – “Real”ın prezidenti Florentino Peres deyib.
Aut.az


