“Real” Ançelottiylə bağlı qərar verdi – RƏSMİ
“Real” baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni uzadıb.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi məlumat yayıb
64 yaşlı mütəxəssislə Madrid təmsilçisi arasındakı anlaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Tərəflərin əvvəlki sözləşməsi isə 2024-cü ilin yayına qədər idi.
Xatırladaq ki, Ançelotti 2021-ci ilin yayında “Real”a rəhbərlik edir. Hazırda onun komandası La Liqanın turnir cədvəlində 45 xalla liderdir.
